Vaxtanq Maxaroblişvili - Təəssüf ki, indiyədək biz Avropa İttifaqının rəsmi sənədlərində "işğal" sözünü görməmişik, qətnamələrdə var, lakin Şuranın, Avropa İttifaqının və Komissiyanın sənədlərində yoxdur

Avropa İttifaqının tanınmamaq siyasətinə gəlincə illərdir ki, Gürcüstana ən böyük yardımı Aİ göstərir və biz müxtəlif qətnamələrin dəstəklənməsi hissəsində də birlikdə işləyirik, – Gürcüstanın Avropa İttifaqındakı səfiri Vaxtanq Maxaroblişvili bildirib.

Maxaroblişvilinin sözlərinə əsasən, dünən gecə BMT məcburi köçkünlər və qaçqınlarla bağlı 100 ölkə tərəfindən dəstəklənən daha bir qətnamə qəbul edib.

“Bu, çox vacibdir və təbii ki, biz bu istiqamətdə də Avropa İttifaqına yaxınlaşmışıq. Təəssüf ki, bu günə kimi biz Avropa İttifaqının heç bir rəsmi sənədində “işğal” sözünü görməmişik. Bizdə Avropa Parlamenti qətnamələrində bu var, lakin Şuranın, Avropa İttifaqının və Komissiyanın sənədlərində bu yoxdur”- deyə Maxaroblişvili bildirib.