Vaxtanq Maxaroblişvili - Readmissiya olunan vətəndaşlara qarşı müəyyən cərimələr tətbiq olunacaq
Xarici İşlər Nazirinin müavini Vaxtanq Maxaroblişvilinin bəyanatına görə, vizaliberalizasiya ilə bağlı müəyyən qanunvericilik dəyişiklikləri planlaşdırılır.
Maxaroblişvilinin dediyinə görə, bu mərhələdə dəqiq dəyişikliklər barədə söz edə bilməyəcək, ancaq dəyişikliklər əsasən, soyadın dəyişdirilməsi və pasportların verilməsi qaydalarına və həmçinin readmissiya olunan şəxslərin cərimələndirilməsinə toxunacaq.
“Qanun dəyişikliklərindən başqa, əhalinin məlumatlandırılması da zəruridir.
Bu məsələ ilə bağlı Daxili İşlər Nazirinin müxtəlif Avropa ölkələrinə səfəri planlaşdırılır” – dedi Maxaroblişvili.