Vaxtanq Maxaroblişvili - Gürcüstan vətəndaşlarının leqal şəkildə işlə təmin edilməsinə Bolqarıstan və Almaniya da razıdırlar
Vaxtanq Maxaroblişvili - Gürcüstan vətəndaşlarının leqal şəkildə işlə təmin edilməsinə Bolqarıstan və Almaniya da razıdırlar

Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vaxtanq Maxaroblişvili Fransada Gürcüstan vətəndaşlarının leqal formada işlə təmin edilməsi ilə bağlı nail olunan razılaşma haqqında açıqlama verdi.

Maxaroblişvilinin dediyinə görə, qanunun təsdiqlənməsi demək deyil ki, sabahdan hər bir Gürcüstan vətəndaşı Fransaya gedə bilər.

Onun dediyinə görə, Fransada tələb olunan konkret sahənin mütəxəssislərinin, peşəkarların identifikasiyası keçiriləcək və professiyonal vətəndaşlar bundan sonra Fransaya gedə biləcəklər.

Maxaroblişvilinin bəyanatına görə, qeyd olunan məsələ ilə bağlı konsultasiyalar digər ölkələrlə də aparılır.

Belə razılaşmanın qoyulmasına Bolqarıstan və Almaniya da razı oldular.