Vaxtanq Qomelauri Zuqdididə "Gürcüstan Bankını" soyub, qaçan Badri Esebuaya beynəlxalq axtarışın elan ediləcəyini istisna etmir
Daxili İşlər Naziri Vaxtanq Qomelauri Zuqdididə “Gürcüstan Bankının” filialını soyub, qaçan Badri Esebuaya beynəlxalq axtarışın elan ediləcəyini istisna etmir.
Soyğunçuya beynəlxalq axtarışın elan edilməsi ilə bağlı suala Qomelauri belə cavab verdi: “Elan edərik yəqin ki”.
“Bankların soyulması faktı hər il baş verirdi və bu il də oldu. İstintaq isə, o yerdədir ki, axtarış davam edir və Badri Esebuaya rəsmi axtarış elan edilmə prosesindəyik” – dedi Daxili İşlər Naziri.