Vaxtanq Qomelauri - ümumilikdə altı helikopterimiz var, Fransadan üç yeni helikopter almışıq, mövcud helikopterlər hər cəhətdən işlək vəziyyətdədir
Ümumilikdə altı helikopterimiz var, Fransadan üç yeni helikopter almışıq və bir qayda olaraq, birincisi martda gəlməlidir və idxal gələn il başa çatacaq, – bu barədə daxili işlər naziri Vaxtanq Qomelauri Şovidə məlumat verib.
Nazirin sözlərinə görə, hazırda ölkədəki helikopterlər tam işlək vəziyyətdədirlər.
“Biz helikopterlər almışıq, pilotlar təlim və yenidən hazırlıqdan keçməlidirlər, bunlar eyni helikopterlərdir, təzədir, mövcud olanlar da bunu edə bilər. Mövcud helikopterlər texniki cəhətdən tam işlək vəziyyətdədir. Hər il texniki baxış keçirilir və nəzərə alın ki, bu təzə helikopterdir, sadəcə köhnə buraxılışdır və yenidən köhnəsini mi alardıq?! Biz yenilərini almışıq”, – deyə Qomelauri bildirib.