Vaxtanq Qomelauri - iki həftə Türkiyədə xəstəxanada qaldım, atam xəstədir, başının üzərində dayanmışdım, amma bəziləri məni Havayda, bəziləri başqa yerlərdə dincəldirdilər, guya mən dincəlirdim və gəlməmişəm, belə dincəlmək düşmən başına
Dünən gəldim, iki həftə Türkiyədə xəstəxanada qaldım, atam xəstədir, başının üzərində dayanmışdım, hələ də ordadır, çox xəstədir. Hamı hər şeyi bilirdi, amma bəziləri məni Havayda, bəziləri başqa yerlərdə dincəldirdilər, guya mən dincəlirdim və gəlməmişəm, belə dincəlmək düşmən başına – Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri təbii fəlakət bölgəsində jurnalistlərə bildirib.
Onun fikrincə, bu, siyasət deyil, çirkabdır.
“Mən dünən gəldim. Məncə hamı harda olduğumu çox yaxşı bilir, harasa gedəndə, hər addımda hər şeyi bilirlər, nədənsə harada olduğumu başa düşmürdülər, hə? iki həftə Türkiyədə xəstəxanada qaldım, atam xəstədir, başının üzərində dayanmışdım, hələ də ordadır, çox xəstədir. Hamı hər şeyi bilirdi, amma bəziləri məni Havayda, bəziləri başqa yerlərdə dincəldirdilər. Məncə bu çox pisdir, çox ağırdır, belə bir şey ola bilməz. Eyni şeyi Kaladze ailəsinə də etdilər, bu artıq siyasət deyil, bağışlayın və bu, çirkabdır. Eynilə mənimlə bağlı guya dincəlirdim və gəlmədim, belə dincəlmək düşmən başına”- Vaxtanq Qomelauri bildirib.