Vaxtanq Qomelauri Sameqrelo-Zemo Svaneti Polis Departamentinin bölmələrinin rəhbərləri ilə işgüzar görüş keçirib
Vaxtanq Qomelauri Sameqrelo-Zemo Svaneti Polis Departamentinin bölmələrinin rəhbərləri ilə işgüzar görüş keçirib

Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri Zuqdididə Sameqrelo-Zemo Svaneti Polis Departamentinin bölmələrinin rəhbərləri ilə işgüzar görüş keçirib. Görüşdə nazirin müavinləri Giorgi Butxuzi və Aleksandre Daraxvelidze iştirak edirdilər.

DİN-nin məlumatına görə, görüşdə daxili işlər naziri qurumun prioritet istiqamətlərini müzakirə etdi.

“Vaxtanq Qomelauri işgüzar görüşdə regionun polis departamentinin rəhbər şəxslərindən cinayətə qarşı mübarizə istiqamətində həyata keçirilən polis və qabaqlayıcı tədbirlər barədə məlumat dinləyib. Görüşdə söhbət bölgədə cinayətin statistikasına və açılan cinayətlərin göstəricisinə toxunuldu.

Vaxtanq Qomelauri qeyd etdi ki, Daxili İşlər Nazirliyi polis əməkdaşları üçün həm sosial, həm də iş şəraitini yaxşılaşdırmaq üçün davam edir”, – DİN-nin məlumatında qeyd olunub.

Regiona səfəri çərçivəsində Vaxtanq Qomelauri müavinlərlə birlikdə Patrul Polis Departamentinin Sameqrelo-Zemo Svaneti baş idarəsinin rəhbər şəxsləri və həmin idarənin əməkdaşları ilə görüş keçirib.

DİN-nin məlumatına əsasən, rəhbər şəxslər ictimai asayişin mühafizəsi və onların fəaliyyət göstərdiyi ərazidə yol hərəkətinin təhlükəsizliyi istiqamətində mövcud vəziyyət barədə Daxili İşlər Nazirinə məlumat verdilər.

“Daxili İşlər Naziri yay mövsümü ilə əlaqədar bölgədə turistlər və yerli istirahətçilər üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə patrul-inspektorlara müvafiq tapşırıqlar verib. Vaxtanq Qomelauri hüquq-mühafizə orqanlarının əməkdaşlarına cinayətin qarşısının alınmasına, həmçinin, bölgədə asayişin və təhlükəsizliyin qorunmasına görə təşəkkür etdi”, – DİN-nin məlumatında deyilib.