Vaxtanq Qomelauri -  istefama baş nazir, partiya, komanda qərar verir, bununla bağlı heç bir müzakirə olmayıb
Vaxtanq Qomelauri - istefama baş nazir, partiya, komanda qərar verir, bununla bağlı heç bir müzakirə olmayıb

İstefama baş nazir, partiya, komanda qərar verir, bununla bağlı heç bir müzakirə olmayıb – Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri bildirib.

Jurnalistlər Qomelauridən onun istefası məsələsinə baxılıb-baxılmadığını soruşublar.

“Mənim istefama baş nazir, partiya, komanda qərar verir. Heç nə müzakirə olunmur. Mən doqquz ilə yaxındır ki, vəzifədəyəm. Ən azı 100 dəfə müxalifət tərəfindən istefaya göndərilmişəm. Cənab, baş nazir, komanda qərar verdiyi kimi olacaq. Təbii ki, bununla bağlı heç bir müzakirə olmayıb”, – Qomelauri bildirib.