Daxili işlər naziri, Vaxtanq Qomelauri iki gündür Racada, Oni Munisipalitetindədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir təbii fəlakət zonasını tərk edərək Mamisoni sərhəd sektoruna gedib.
“Vaxtanq Qomelauri Racada, sərhəd sektorunda mövcud vəziyyətlə ətraflı tanış oldu. Nazir sektorda işləyən sərhədçilərlə görüşüb, onlarla söhbət edib, sərhəd sektorunda mövcud vəziyyətlə bağlı məlumatları dinləyib.
Təbii fəlakət baş verən gecə Mamisoni sektorunda işləyən sərhədçilər səkkiz nəfərin təhlükəsiz şəkildə sərhəd sektoruna köçürülməsini və gecə boyu onların təhlükəsizliyini təmin ediblər. Mamisoni sərhəd sektorunda nazirlə yanaşı, nazir müavini İoseb Çelidze, müxtəlif bölmələrin rəhbərləri və yerli idarə etmə nümayəndələri də olublar”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.