Vaxtanq Qomelauri - Kriminalın artması ilə bağlı opponentlərin bəyanatları polisin diskreditasiyası məqsədi ilə edilir
Vaxtanq Qomelauri - Kriminalın artması ilə bağlı opponentlərin bəyanatları polisin diskreditasiyası məqsədi ilə edilir

Hüquqmühafizəçilərimizin sayəsində, keçən il ilə müqayisədə, kriminal 10 faizlə azalıb.

Onların arasında, soyğun – 25%-lə, oğurluq – 12%-lə, qətlə yetirmək cəhdi– 5%-lə azalıb, – bu barədə bəyanatı Daxili İşlər Nazirinin vəzifəsinin icraçısı Vaxtanq Qomelauri, 2020-ci ilin hesabatını təqdim edərkən verdi.

Onun dediyinə görə, 2020-ci ilin statistikası ilə bağlı, opponentlərin bəyanatları polisin diskreditasiyasına yönəldilib.

“Mövcud olan statistikaya baxın və əmin olacaqsınız ki, kriminalın artması ilə bağlı opponentlərin bəyanatları sadəcə olaraq, polisin diskreditasiyası üçün edilir. Ancaq, əlbəttə ki, artan cinayətlər də var. Misal üçün kiber-cinayət 24 faizlə artıb, ailə zorakılığı 8,5 faizlə artıb, bu məsələ ilə bağlı qətlə yetirmə 11 faizlə artıb. Ailə zorakılığı hallarının artması isə, polisə müraciətlərin artması ilə bağlıdır” – dedi Qomelauri.

Nazirin dediyinə görə, statistik məlumat hər bir vətəndaş üçün açıqdır və maraqlanan hərkəs öyrənə bilər.

Vaxtanq Qomelauri qeyd etdi ki, hər kriminal hadisəsi medya tərəfindən intensiv şəkildə,  işıqlandırıldığı üçün, kriminalın artması kimi görünür.