Vaxtanq Qomelauri - iyulun 5-də xüsusi təyinatlı dəstə çıxarılmışdı, 20 lokasiyada 3200 nəfər işləyirdi
Vaxtanq Qomelauri - iyulun 5-də xüsusi təyinatlı dəstə çıxarılmışdı, 20 lokasiyada 3200 nəfər işləyirdi

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, lazım olacağı təqdirdə parlamentə gedəcək.

“Lazım olsa, əlbətdə parlamentə gedəcəm, problem deyil. Bunun öz prosedurları var. Bir nəfərin çıxışı, çağrılması… Oranın öz prosedurlar və qanunları var , lazım olsa gedəcəm”-deyə nazir bildirib.

Bununla yanaşı, Vaxtanq Qomelaurinin verdiyi məlumata görə, iyulun 5-də Rustaveli prospektinə xüsusi təyinatlı dəstə tam şəkildə  çıxarılıbmış.

Nazirin sözlərinə görə, 20 lokasiya üzrə 3200 nəfər bölünübmüş.

“Xüsusi təyinatlı dəstənin hamısı çıxarılmışdı, o gün 3200 nəfər işləyirdi, əvvəlcə üç lokasiya var idi. Sonra 8 , sonda isə 20 oldu . 3200 nəfəri 20 lokasiya üzrə bölsən, təxminən bir lokasiyaya 150 nəfər düşür”-deyə Qomelauri bildirib və əlavə edib ki, daha çox əlavə etmək  fiziki olaraq mümkün olmayıb.

“Heç də bu insanları təhqir etmək istəmirəm, dedilər, ki, guya Qomeluri jurnalistlərin döyülməsini əmr edib, bu ki axmaqlıqdır? Kimin olmasından asılı olmayaraq, zəif və ya güclü nazir və ya hökumət olsa da, axı necə ola bilər ki, kimsə belə bir şey etsin? Fərqli lokasiyalarda jurnalistlərə qarşı kütləvi, eyni vaxtlı təqib daha əvvəl belə bir şey olmayıb.  Qəbul edilməzdir, qınayıram, baş verənlər çox təəssüf doğurucudur.”-deyə nazir bildirib.