Vaxtanq Qomelauri - Gürcüstana 250 min Rusiya vətəndaşının gəlməsi ilə bağlı məlumat yalandır, gələnlərin sayı 250 min yox, təxminən 40-45 faiz artıb
Vaxtanq Qomelauri - Gürcüstana 250 min Rusiya vətəndaşının gəlməsi ilə bağlı məlumat yalandır, gələnlərin sayı 250 min yox, təxminən 40-45 faiz artıb

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Gürcüstana 250 min Rusiya vətəndaşının gəlməsi ilə bağlı məlumatın tamamilə yanlış və yalan olduğunu açıqlayır. O, jurnalistlər tərəfindən  “son beş gündə 250 min Rusiya vətəndaşı ölkəyə daxil oldu” deyə ünvanlanan suala cavabında bildirib.

“O qədər daxil olmadı. Bu rəqəmləri nəyə istinadən dediklərini bilmirəm. Təxminən dörd-beş gün əvvəl daxil olanların sayı 5-6 min idi. İndi 10 minə qədər artıb, 250 min yox təxminən 40-45 faiz artıb. Dünən axşamdan sonra 10 mindən az idi, yəni 100 min və 200 min daxil olmur. Gələnlərlə müqayisədə insanların təxminən 60 faizi çıxır. Bu gün ən böyük rəqəmlər olduğunu söyləmək doğru deyil. Yayda, avqustda məsələn, başqa məqsədlə gələnlər yox, turistlər olurdu. Yəqin ki, fikrimizcə, hərbi xidmətdən yayınırlar. Həmişə məndə bir sual yaranır, bu müxalifət ikiyə bölünüb, deyəsən, dünyada, Avropada fərqli düşünüb başqa yanaşmalara keçirlər. Bəziləri deyir ki, bağlayaq, heç içəri buraxmayaq, bəziləri deyir ki, buraxaq, döyüşə girib ukraynalılara qarşı vuruşmasınlar. Bəlkə müxalifət də artıq qərarını versin-bu insanları buraxaq mı yoxsa buraxmayaq mı? ” – deyə Qomelauri bildirib.

Bununla yanaşı, “onların ölkəyə daxil olmasının cinayət işlərinin sayının artacağına səbəb olacağını istisna edirsiniz mi ? və sərhədə daxil olan şəxslərə qarşı filtrasiya aparılacaq mı? ” sualına da daxili işlər naziri cavab verib:

“Cinayətkarlıq statistikası arta da, azala da bilər. Nə qədər çox insan gəlsə, artma ehtimalı bir o qədər çox olar. Hətta artmaya da bilər. Rusiyada qismən səfərbərlik elan edilməzdən əvvəl, son beş gündən sonra 5500 nəfər var idi. Sırağagün 11200 və ya 11400 idi, dünən 10400 və ya 10500 idi. Bu rəqəmlərdir, amma sabah və o biri gün daha da arta bilər, bilmirəm. Ən çox vətəndaş Larsdan keçir. Həm Ermənistandan, həm də Azərbaycandan çox az vətəndaş gəlir. Ola bilsin ki, bu, hətta 10 faiz də deyil, daha azdır” – deyə Qomelauri bildirib.