Vaxtanq Qomelauri - Qəsdlə qətlə yetirmək cəhdi, soyğun, qəsp və oğurluq kimi cinayətlər azalıb
Pandemiyanın səbəb olduğu çətinliklərə baxmayaraq, Daxili İşlər Nazirliyi ictimai asayişin və təhlükəsizliyinin qorunması üçün əlindən gələni edir, – bu bəyanatı Daxili İşlər Naziri Vaxtanq Qomelauri parlamentin plenar iclasında “Nazir saatında” çıxış edərkən verdi.
Daxili İşlər Naziri ölkədə mövcud olan kriminogen vəziyyətlə bağlı danışdı və qeyd etdi ki, polis fəaliyyətinin nəticəsidir ki, 2019-cu il ilə müqayisədə qeydə alınan cinayətlər 12%-lə azalıb.
“Qətlə yetirmək cəhdi, soyğun, qəsp və oğurluq kimi cinayətlər azalıb. Kiber-cinayətlər artıb, ancaq bu qlobal problemdir. Həmçinin, ailə zorakılığı ilə bağlı polisə müraciətlər artıb”, – dedi nazir.
Daxili İşlər Nazirinin dediyinə görə, digər önəmli problemlərin həlli üçün nazirlikdə islahatlar həyata keçirilir.