Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Oni Munisipalitetinin Raca şəhərindədir.
Qurumdan verilən məlumata görə, daxili işlər naziri helikopterlə təbii fəlakət zonasına baxış keçirib, aparılan işlərin həcmi və axtarış-xilasetmə işlərinin gedişi ilə ətraflı tanış olub.
“Vaxtanq Qomelauri təbii fəlakətin episentrində çalışan yanğınsöndürənlər və xilasedicilər və Müdafiə Nazirliyinin əməkdaşları ilə danışıb, axtarış-xilasetmə işlərində iştirak edib.
Nazir həmçinin sahə qərargahında işgüzar görüş keçirib və orada Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilidən mövcud vəziyyətlə bağlı məlumat alıb.
“Daxili işlər naziri faciə nəticəsində həlak olanların ailə üzvləri ilə görüşüb, onların yaxınlarına başsağlığı verib”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.