Vaxtanq Qomelauri - fəlakət bölgəsində bütün xidmətlər əllərindən gələni edirlər, dağılmış torpaq kütləsinin demək olar ki, 60 faizi artıq yoxlanılıb, sonra lokal işlərə keçəcəyik
İlk öncə həlak olanların ailələrinə dərin məyusluğumu çatdırıram. Çox böyük faciə baş verib, 24 nəfər ölüb, doqquz nəfəri hələ də axtarırıq, itkin düşmüş hesab olunurlar, ilk saatlardan xilasetmə xidməti, eləcə də yerli polis, cənab baş nazirin sərəncamı ilə Müdafiə Nazirliyi tez bir zamanda işlərə cəlb olundu- DİN-in rəhbəri Vaxtanq Qomelauri Şovidə deyib.
Nazirin sözlərinə görə, axtarışlara bütün müvafiq xidmətlər cəlb olunub.
“Avadanlıqlar işləyir, xilasetmə işləri gedir. Qısa müddətdə edilə biləcək maksimal işləri görürlər və ilk günlərdə aviasiya da işlərə cəlb olunmuşdu. Artıq yoxlanılan dağılmış torpaq kütləsinin demək olar ki, 60%-i ilkin səviyyəyə qaytarılıb. Yəqin ki, bütün kütlənin üzərində işləmək daha bir neçə gün çəkəcək, sonra yəqin ki, lokal işlərə keçəcəyik. Həmçinin, çayın Ambrolauriyə qədər olan 50 kilometrlik hissəsində işlənilir və nəzarət olunur, sonra biz yəqin ki, Riona enməliyik, bəlkə Rioni kimisə aşağısına da aparıb”, – Qomelauri fəlakət zonasında bildirib.