Vaxtanq Qomelauri Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına təşəkkür edib
Vaxtanq Qomelauri Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına təşəkkür edib

 Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına və onların bilavasitə rəhbərlərinə təşəkkürümü bildirirəm-bu haqda daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı açıqlayıb.

“Fürsətdən istifadə edərək bu kürsüdən bir daha DİN-in hər bir əməkdaşına, vahid, komanda şəklində asayişin qorunub saxlanmasına töhfə verən onların bilavasitə rəhbərlərinə bir daha təşəkkürümü bildirirəm” – daxili işlər naziri bildirib.