Vaxtanq Qomelauri - Daxili İşlər Nazirliyinin elan etdiyi və planlaşdırdığı layihələrin uğurla həyata keçirilməsi beynəlxalq aləmdə təhlükəsiz ölkə statusunun qazanılmasını şərtləndirdi
Daxili İşlər Nazirliyinin elan etdiyi və planlaşdırdığı layihələrin uğurla həyata keçirilməsi, yazılı hökumət planlarının və müxtəlif islahatların həyata keçirilməsi beynəlxalq aləmdə təhlükəsiz ölkə statusunun qazanılmasını şərtləndirdi – daxili işlər naziri Vaxtanq Qomelauri bu barədə parlamentdə “Nazir saatı” formatında məruzə ilə çıxışı zamanı açıqlayıb.
O bildirib ki, statistik göstəricilər və beynəlxalq araşdırmalar aparılan islahatların və cinayətkarlıqla mübarizənin effektivliyindən xəbər verir.
“Keçən il də asayişin və təhlükəsizliyin mühafizəsinin daha səmərəli həyata keçirilməsi, vətəndaşlar üçün polis xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra islahatlar həyata keçirdik. Konkret statistik göstəricilər, eləcə də gürcü hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə yüksək qiymət verən beynəlxalq araşdırmalar qeyd olunan islahatların və cinayətkarlıqla mübarizənin effektivliyindən xəbər verir”-Vaxtanq Qomelauri bildirib.