Vaxtanq Qomelauri Daxili İşlər Nazirliyinin Akademiyasını ziyarət edib
Vaxtanq Qomelauri Daxili İşlər Nazirliyinin Akademiyasını ziyarət edib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Daxili İşlər Nazirliyinin Akademiyasını ziyarət edib. Naziri akademiyanın rektoru Zurab Zubadalaşvili qəbul edib.

Qurumun yaydığı məlumata əsasən, Vaxtanq Qomelauri akademiyada tədris prosesi ilə tanış olub, müdavimlərlə söhbət edib və onlara uğurlar arzulayıb.

Bundan əlavə, daxili işlər naziri akademiyanın infrastrukturuna, imtahan və simulyasiya təlim sahələrinə, simulyasiya edilmiş sərhəd-keçid məntəqəsinə və virtual atıcılıq poliqonuna, eləcə də yenilənmiş hovuz, idman zalı və yeməkxanaya baxış keçirib.

Daxili işlər naziri akademiyanın rektorundan gələcək planlar və həyata keçiriləcək layihələr barədə məlumat alıb.