Vaxtanq Qomelauri - bütün polislərə dinc ölkədə yaşamaq arzulayıram, mən də bu gün çıxışımda bu insanların necə əmək çəkdiklərindən danışdım
Vaxtanq Qomelauri - bütün polislərə dinc ölkədə yaşamaq arzulayıram, mən də bu gün çıxışımda bu insanların necə əmək çəkdiklərindən danışdım

 
Bütün polislərə dinc ölkədə yaşamaq arzulayıram, bu çox önəmlidir, mən də çıxışımda bu insanların necə əmək çəkdiklərindən danışdım- bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə deyib və bir daha idarənin əməkdaşlarını Polis Günü münasibətilə təbrik edib.

” Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını Polis Günü münasibətilə təbrik edirəm. Bütün polislərə cansağlığı, uğurlar və dinc ölkədə yaşamaq arzulayıram. Bu çox önəmlidir. Mən də çıxışımda bu insanların necə əmək çəkdiklərindən danışdım. Baş nazir və prezident də bunu vurğuladı” – deyə Vaxtanq Qomelauri bildirib.

Bununla yanaşı, jurnalistlər daxili işlər nazirinə prezidentin çıxışı zamanı verdiyi açıqlama ilə bağlı sual ünvanlayıblar. Salome Zurabişvili bildirib ki, “bu gün Gürcüstanda hələ də uşaqların gözü önündə qadınların vəhşicəsinə qətlə yetirilməsi utancvericidir”.

“Tənqidə gəlincə, bu, tənqid deyildi. Prezident bir sıra faktları vurğuladı. Mən bunu tənqid hesab etmirəm. Hər şey yüksək səviyyədə tənzimlənib. Tərəfdaşlarımızla birlikdə Avropa standartları bir araya gətirilir.

Bununla belə, “ölkədə cinayətin artması ilə bağlı nə şərh verəcək” deyə ünvanlanan suala Qomelauri belə cavab verib :

“Bu saxta ittihamlar xoş deyil və mən bunu da vurğuladım. Saxta ittihamlar təəssüf doğurur. Sizin bununla heç bir əlaqəniz yoxdur, bunu sizə tapşıranlar təəssüf doğurur” -deyə Qomelauri bildirib.