Vaxtanq Qomelauri - bu gün biz vətənə 24 saat ərzində ləyaqətlə və sədaqətlə xidmət edən insanların gününü qeyd edirik
Bu gün biz birlikdə Polis Gününü, vətənə 24 saat ərzində ləyaqətlə və sədaqətlə xidmət edən insanların gününü qeyd edirik, – bu barədə Gürcüstan Saxili İşlər naziri, Vaxtanq Qomelauri Polis Gününə həsr olunmuş təntənəli tədbirdə nitqlə çıxışı zamanı bəyan etdi.
“Bu gün burada hamımız birlikdə Polis Gününü, vətənə ləyaqətlə, 24 saat ərzində ləyaqətlə və sədaqətlə xidmət edən insanların gününü qeyd edirik; siz ölkənizin dövlət sərhədini və təhlükəsizliyini, ictimai asayişi, insan hüquq və azadlıqlarını qoruyur, cinayətlə mübarizə aparır; siz insanların təhlükəsizliyini və sağlamlığını qorumaq, onların həyatını xilas etmək üçün mübarizə aparırsınız; siz ölkəmiz üçün təhlükəsiz bu gün və dinc gələcək yaradırsınız”, – Qomelauri qeyd etdi.