Vaxtanq Qomelauri bildirir ki, Salome Zurabişvili ilə görüşdə iyulun 5-i və 6-da Tbilisidə baş verən hadisələr barədə danışıblar
Vaxtanq Qomelauri bildirir ki, Salome Zurabişvili ilə görüşdə iyulun 5-i və 6-da Tbilisidə baş verən hadisələr barədə danışıblar

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşü zamanı 5-6 iyul tarixlərində Tbilisidə baş verən hadisələr barədə danışdıqlarını bildirir.

O, prezidentin təfərrüatlar , konkret olaraq hansı tədbirlərin görülməsi ilə maraqlandığını qeyd edib.

“Prezidentlə görüşdüm. İyulun 5-i və 6-da baş verən hadisələrin necə inkişaf etdiyini izah etdik. Ona maraqlı idi. Nə baş verdiyini, nə etdiyimizi, neçə nəfərin yaralandığını, təəssüf ki, onlar arasında jurnalistlər də var , nə qədər çağırışın olduğunu , nə qədər insanı Cinayət Məcəlləsi və eləcə də inzibati qaydada həbs etdiyimiz barədə prezidentə ətraflı şəkildə məlumat verdik. Bizə suallar verdi, suallara cavab verdik “-deyə Vaxtanq Qomelauri bildirib.

Gürcüstan prezidenti və daxili işlər nazirinin görüşü bu gün Orbeliani sarayında keçirilib.