Vaxtanq Qomelauri - Badri Esebuanın həbs edilməsi bizim üçün artıq ləyaqət məsələsi oldu, onu mütləq həbs edəcəyik
Vaxtanq Qomelauri - Badri Esebuanın həbs edilməsi bizim üçün artıq ləyaqət məsələsi oldu, onu mütləq həbs edəcəyik

Daxili İşdər Naziri namizədi Vaxtanq Qomelaurinin bəyanatına görə, axtarışda olan Badri Esebuanın həbs edilməsi məqsədi ilə, hərşey edilir və polis onu mütləq həbs edəcək.

“Bu dünya standartıdır, bəzən durub gözləyirsən və yaxud soyğunçunun şərtlərini qəbul edirsən ki, insanların həyatı üçün risk yaranmasın. Onun sonradan həbs edilməsi və yaxud likvidasiyası  isə, zaman məsələsidir.

Biz əlbəttə ki, ən başından qərar verdik ki, bank soyğunu zamanı əsir götürülən heç bir nəfər zərər görməməli idi. Ona görə də, soyğunçunun cinayət yerindən çıxmasına izin verdik. Hazırda axtarış davam edir. Bizdə məlumat var idi ki, cinayətkarın qardaşı ona yemək aparırdı. Sonra isə, onun maşınında silahlar və partlayıcı maddələr tapıldı.

Gürcüstanda bugün də 20 nəfər axtarışdadır və onlar ölkədən çıxmayıblar. Onların arasında 16 yaşlı gənc var.  2006-cı ildə cinayət törədib, qaçan şəxs var, o da hələdə axtarışdadır. Məncə Badri Esebuanın həbs edilmədiyinə müxalifət o qədər də təəcüblənməsin. Bu adi bir məsələdir. Hara gedəcək, bugün deyilsə, sabah yaxalanacaq” – dedi Vaxtanq Qomelauri.