Vaxtanq Qomelauri Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Vaxtanq Qomelauri Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüş keçirib.

Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda, görüşdə daxili işlər nazirinin müavini Qiorqi Butxuzi və Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri Qivi Tumanişvilinin də iştirak etdiyi deyilir.

Görüş çərçivəsində tərəflər iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıblar. Həmçinin, regionda cari hadisələrə və təhlükəsizlik sahəsində mövcud aktual məsələlərə də toxunulub.

Görüşün sonunda Vaxtanq Qomelauri azərbaycanlı həmkarına səmərəli əməkdaşlığa görə təşəkkür edib və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də müxtəlif istiqamətlərdə aktiv şəkildə davam edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib.