Vaxtanq Qomelauri anti-terorist əməliyyatı ilə bağlı etimad qrupunun üzvləri ilə görüşəcək
Tbilisidə, Qabriel Salosi küçəsində keçirilən anti-terorist əməliyyatı ilə bağlı, parlamentə etimad qrupunun görüşü bugün keçiriləcək.
Görüş saat 21:00-da başlayacaq.
Parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, etimad qrupunun üzvləri ilə Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelauri görüşəcək.
Görüşə idarənin digər məsul şəxsləri də dəvət ediliblər.