Vaxtanq Qomelauri - ABŞ Federal İstintaq Bürosu ilə çox yaxın əlaqələrimiz var
Daxili İşlər naziri Vaxtanq Qomelauri saxta ABŞ vizasının hazırlanmasının əvəzində böyük məbləğ alan iki nəfərin həbs edilməsi ilə bağlı şərh verdi.
Nazirin dediyinə görə, ümumiyyətlə ABŞ-ın federal istintaq bürosu ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin və digər idarələrin çox yaxın əməkdaşlığı var.
“ABŞ-la və bu halda, federal istintaq bürosu ilə, necə bizim, eləcədə ölkəmizin təhlükəsizlik xidmətinin çox yaxın əməkdaşlığımız var” – dedi jurnalistlərə Vaxtanq Qomelauri.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Daxili İşlər Nazirliyinin mərkəzi Kriminal Polis Departamentinin trefikinqə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə idarəsisinin əməkdaşları, hakim qərarı əsasında, Amerika Birləşmiş Ştatlarına viza düzəltmək əvəzinə saxtakarlıqla pul alan şəxsləri Tbilisidə həbs etdilər.
Qeyd olunan cinayət 6-dan 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.
İstintaq nəticəsində, məlum oldu ki, həbs edilən iki nəfər bir vətəndaşı aldadıblar ki, böyük pul məbləği əvəzində, ona ABŞ vizasını almağa yardım edəcəklər. Viza əvəzində isə, vətəndaşdan 17 000 ABŞ dolları tələb ediblər.
İstintaq cinayət məcəlləsinin 180-ci maddəsinin “b” alt maddəsi ilə aparılır.