Vaxtanq Qomelauri - 13 yaşlı uşağın hadisəsi dəhşət vericidir, ancaq bunda ictimaiyyətin də günahı var
Vaxtanq Qomelauri - 13 yaşlı uşağın hadisəsi dəhşət vericidir, ancaq bunda ictimaiyyətin də günahı var

Daxili İşlər Nazirliyi parlamentdə çıxış edərkən, son günlərdə gürcü ictimaiyyəti tərəfindən ağır reaksiya verilən 13 yaşlı yeniyetmə hadisəsi ilə bağlı bəyanat verdi və qeyd etdi ki, belə halların baş verməsində sadəcə hüquqmühafizə orqanlarının deyil, ictimaiyyətin də günahı var.

Nazirin dediyinə görə, DİN məsuliyyətdən baş qaçırdmır, ancaq belə problemlərə qarşı ictimaiyyətin də diqqəti və məsuliyyəti daha çox olmalıdır.

“13 yaşlı yeniyetmənin təcavüzə məruz qalması çox dəhşət verici bir hadisədir. Hər kəs polis hardaydı deyir. Halbuki, xəstəxanaya xəbər gəlməsə, biz bu hadisəyi heç eşitməyəcəydik. Hadisədən sonra altı ay elə keçdi, kimsə polisə xəbər vermədi. Zərər görənin qonşuları yoxdur mu? Niyə hamı susdu və  indi sadəcə polisi günahlandırırlar? Eyni hadisə Kobuletidə də oldu. Uşaq ölənə qədər kimsə onun yaxınları tərəfindən zorakılığa məruz qaldığını polisə bildirmədi. İnsanların susmağı çox ciddi bir problemdir.

Mövzu çox ağırdır, hamımızın uşaqları var və belə cinayətlərin qarşını almaq üçün çox işlər görüləcək, ancaq, ictimaiyyət də bizə yardım etsin” – dedi Vaxtanq Qomelauri.