Vake RİH - 16 yaşlı yeniyetmənin ölümünün parkda aparılan infrastruktur işləri ilə bağlı olması haqqında yayılan məlumat tamamilə yalandır
Vake RİH - 16 yaşlı yeniyetmənin ölümünün parkda aparılan infrastruktur işləri ilə bağlı olması haqqında yayılan məlumat tamamilə yalandır

 
Vake RİH Tsğnetidə baş vermiş bədbəxt hadisə ilə bağlı bəyanat yayır və dünyasını dəyişmiş 16 yaşlı yeniyetmənin ailəsinə başsağlığı verir.

“İlk növbədə, dünən Tsğnetidə baş vermiş və 16 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisəyə görə başsağlığı vermək istəyirik. Ailənin və yaxınlarının ürək ağrısını bölüşürük.

İndiki mərhələdə bir tək bədbəxt hadisənin baş verdiyi çardaqda qeyri-qanuni şəkildə elektrik cihazının quraşdırıldığı məlumdur. İstintaq yeniyetmənin ölümünün dəqiq səbəbini müəyyən edəcək. Həmçinin bu işi qanunsuz həyata keçirən şəxslər müəyyən ediləcək.

Yeniyetmənin ölümünün guya parkda aparılan infrastruktur işləri ilə bağlı olmasına dair konkret KİV-də yayılan məlumatlara gəlincə, bu, tamamilə yalandır və Tbilisi Munisipalitetini gözdən salmaq cəhdidir. Parkın yaşıllaşdırılması işləri ilkin mərhələdədir və yuxarıda qeyd etdiyimiz çardaqla bu vaxtadək heç bir əlaqəsi olmayıb. Biz media nümayəndələrini yoxlanılmamış, yalan məlumat yaymamağa və ictimaiyyətə hörmət etməyə çağırırıq”- deyə məlumatda deyilir.