Vake parkında Ukrayna bayrağının cırılması faktı üzrə bir nəfər cərimələnib
Vake parkında Ukrayna bayrağının cırılması faktı üzrə bir nəfər cərimələnib. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Mayın 7-də Vake parkında Ukrayna bayrağı cırılıb.
Bu faktla bağlı Daxili İşlər Nazirliyi Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin Aİ-nin, NATO-nun üzvü ölkələrin və ya digər beynəlxalq təşkilatın rəsmi simvolunun, başqa dövlətin bayrağının və ya gerbinin təhqir edilməsini nəzərdə tutan 174-18-ci Prima maddəsi ilə inzibati icraata başlayıb.
Hüquq pozuntusu 1000 lari məbləğində cəriməni nəzərdə tutur.