Vake parkında baş vermiş bədbəxt hadisənin epizodu ilə əlaqədar təqsirləndirilən şəxslərin işinin mahiyyəti üzrə müzakirəsi martın 23-də başlayacaq
Vake parkında baş vermiş bədbəxt hadisənin epizodu ilə əlaqədar təqsirləndirilən şəxslərin işinin mahiyyəti üzrə müzakirəsi martın 23-də başlayacaq

 

Tbilisi Şəhər Məhkəməsi Vake parkında baş vermiş bədbəxt hadisənin epizodu ilə əlaqədar doqquz müttəhimin işini mahiyyəti üzrə müzakirəyə göndərib.

İclasda tərəflər sübutların məqbulluğunu müzakirə ediblər.

Hakim hər iki tərəfin bəzi sübutlarını məqbul hesab edib.

Müdafiə tərəfi hakimin qızıl şahidin şahidlər siyahısına əlavə edilməsi ilə bağlı məsələni təmin etmədiyini açıqlayıb. Onlar bununla artıq məhkəmənin ədalətli mühakiməsinə ümid etmədiklərini bildiriblər.

İttihamçı tərəf bildirib ki, işdə olan sübutların tədqiqi nəticəsində təqsirləndirilən şəxsin təqsiri təsdiqlənəcək.

Bugünkü iclasda eləcə də 9 təqsirləndirilən şəxs barəsində çıxarılan həbs qətimkan tədbiri müzakirə edilib və hakim təqsirləndirilən şəxslərin hamısını həbsdə saxlayıb. İşin mahiyyəti üzrə baxılmasına martın 23-də başlanacaq.