Vake parkında baş verən hadisə ilə əlaqədar Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin rəhbəri polis bölməsində dindirilir
Vake parkında baş verən hadisə ilə əlaqədar Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin rəhbəri polis bölməsində dindirilir

 
Vake parkında baş verən hadisə ilə əlaqədar Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin rəhbəri Qiqa Qiqaşvili Vake-Saburtalo Polis Bölməsində dindirilir.

Qiqa Qiqaşvili jurnalistlərə açıqlayıb ki, Vake parkında fəvvarənin təhvil verilməsi ekspertiza əsasında həyata keçirilib.

O, fəvvarənin bir neçə dəfə sınaqdan keçirildiyini və heç bir qüsur aşkar edilmədiyini bildirib.

“Biz istintaqla əməkdaşlıq edirik və istintaq hər şeyi müəyyən edəcək” – deyə Q. Qiqaşvili bildirib.

Bundan əlavə, “Greenservice” şirkətinin nümayəndələri də dindirilmək üçün Vake-Saburtalo polis bölməsindədirlər, çünki bu şirkət Vake parkında reabilitasiya işləri aparıb.

Vake parkında oynayarkən uşaqların topu fəvvarənin içərisinə düşüb, onu çıxararkən üç azyaşlını elektrik cərəyanı vurub. Onlardan ikisi Xeçinaşviliyə, biri isə İaşvili Klinikasına yerləşdirilib. Azyaşlılardan biri klinikada dünyasını dəyişib.

Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisi , qaz, neft və ya neft məhsulları müəssisəsində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaq başladıb.