Vake parkında baş verən hadisə ilə əlaqədar 9 nəfər saxlanılıb
Vake parkında baş verən hadisə ilə əlaqədar 9 nəfər saxlanılıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyi Vake parkında baş verən hadisə ilə əlaqədar 9 nəfəri saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

Oktyabrın 13-də uşaqlar Vake ​​parkında oynayarkən top fəvvarənin içərisinə düşüb və onu götürərkən üç azyaşlını elektrik cərəyanı vurub. Yeniyetmələrdən biri, 13 yaşlı qız klinikada dünyasını dəyişib. İki azyaşlı yerləşdirildiyi klinikalardan evə buraxılıb.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisi , qaz, neft və ya neft məhsulları müəssisəsində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaq başladıb.