Vake Parkında baş verən hadisə ilə bağlı dindirmələr davam edir
Vake Parkında baş verən hadisə ilə bağlı dindirmələr davam edir

Vake Parkında baş verən hadisə ilə bağlı Vake-Saburtalo polis şöbəsində dindirmələr davam edir.

Hazırda “Greenservice Plus” şirkətinin direktoru Laşa Purtsxvanidze və Tbilisi Meriyasının ətraf mühitin mühafizəsi xidmətinin rəhbəri Qiqa Qiqaşvili dindirilir. Onlar hələ dünəndən sorğudadırlar.

Qiqa Qiqaşvilinin dünən jurnalistlərə bəyan etdiyinə görə, Vake Parkında fəvvarənin təhvil verilməsi ekspertiza əsasında baş verdi. Onun sözlərinə görə, fəvvar bir neçə dəfə sınaqdan keçirildi və heç bir qüsur aşkar edilməyib. Purtsxvanidze jurnalistlərə qısa şərh verdi – “Bəli, mən cavabdehəm”.

Bununla yanaşı, Vake-Saburtalo polis şöbəsində “Greenservice” şirkətinin nümayəndələri də dindirilirlər, çünki reabilitasiya işlərini Vake Parkından “Greenservice” şirkəti həyata keçirdi.