Vake parkı faciəsi işi ilə bağlı ittihamçı tərəfin şahidləri, məhkəmə-tibbi ekspertlər dindiriliblər
Vake parkı faciəsi işi ilə bağlı ittihamçı tərəfin şahidləri, məhkəmə-tibbi ekspertlər dindiriliblər

 
Vake parkı faciəsi işi ilə bağlı Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin keçmiş rəhbəri Qiqa Qiqaşvilinin prosesində bu gün ittihamçı tərəfin şahidləri, məhkəmə-tibbi ekspertlər dindiriliblər.

Şahidlər fəvvarəyə gələn uşaqların elektrik cərəyanı vurması nəticəsində xəsarət aldığını, o cümlədən Marita Meparişvilinin elektrik cərəyanı vurması nəticəsində öldüyünü təsdiqləyiblər. Proses sabah ekspert- trasoloqların dindirilməsi ilə davam etdiriləcək və onlar elektrik naqillərinin zədələnməsini təsdiq edəcəklər.

Qiqa Qiqaşvilidən başqa Vake parkı işi üzrə ekspert və üç hüquqi şəxs mühakimə olunasıdır. Qiqaşvili biganəlikdə ittiham olunur. Vake parkı faciəsi ilə bağlı əsas iş üzrə başqa bir hakim artıq 9 nəfərin barəsində hökm çıxarıb. Məhkəmə “Greenservice Plus” şirkətinin direktoru Laşa Purtsxvanidze və Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin keçmiş rəis müavini Qiorqi Vaxtanqaşvili də daxil olmaqla səkkiz nəfəri təqsirli bilib, bir nəfərə isə bəraət qazandırıb.