Vaja Siradze parlament binasının ərazisində dörd nəfərin xırda xuliqanlıq ittihamı ilə saxlanıldığını bildirir
Gürcüstanın parlament binasının ərazisində keçirilən aksiyada 4 nəfər saxlanılıb-bu barədə Tbilisi Patrul Polisinin rəisi Vaja Siradze açıqlayıb.
Onun qeyd etdiyi kimi, ərazidə keçirilən aksiya parlamentin arxa girişinin blokadaya alınması ilə müşaiyət edilib.
“Bu vaxt üçün 4 nəfər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. Ərazidə aksiya keçirilirdi, aksiya parlamentin arxa girişinin blokadaya alınması ilə müşaiyət olundu. Polis dəfələrlə yolun açılmasına, nizam-intizama dair çağırış etdi, bizə tabe olmayanlara münasibətdə hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq cavab addımları atdılar. Aksiyanın hər bir iştirakçısını dinc şəkildə öz etirazını bildirməyə və polisin qanuni tələblərinə tabe olmağa çağırırıq”- deyə Siradze açıqlayıb.