Vaja Qaprindaşvilinin ailəsi Koordinasiya Şurasının yaradılmasını və baş nazirlə görüşməyi tələb edir
Sxinvali işğalçı rejimi tərəfindən, qondarma sərhədlərin pozulması ittihamı ilə həbs edilən gürcü həkimi Vaja Qaprindaşvilinin ailəsi Koordinasiya Şurasının yaradılmasını və baş nazir Giorgi Qaxaria ilə görüşməyi tələb edir.
Vaja Qaprindaşvilinin həyat yoldaşı Tamila Lapanaşvilinin dediyinə görə, dövlət və beynəlxalq qurumların qoşulmasının heç bir nəticəsi olmadı və Vaja Qaprindaşvili hələ də həbsdədir.
Onun dediyinə görə, dekabrın 15-də, saat 11:00-da Tbilisidə, Respublika meydanında aksiya keçiriləcək, daha sonra isə, aksiya işğal xəttinin yanında keçiriləcək.
“Bir vətənpərvərin qeyri-qanuni olaraq, həbsdə olmasına razı olmayan insanlar bazar günü Respublika meydanında yığılacağıq. Daha sonra isə, hamımız bərabər, bəyaz formalı həkimlər işğal xəttinə gedib, yalnız olmadığımızı bildirəcəyik” – dedi Tamila Lapanaşvili.
Lapanaşvili həmçinin, Beynəlxalq Qızıl Xaç təşkilatına da müraciət etdi.
“Sxinvali təcridxanasında qida və geyim problemi var. İnsanı belə halda buraxmaq yaxşı deyil” – dedi Qaprindaşvilinin həyat yoldaşı.