Vahid milli, ümumi magistratura imtahanlarına və tələbə qrant müsabiqəsinə qeydiyyat martın 4-dən başlayacaq
Vahid milli, ümumi magistratura imtahanlarına və tələbə qrant müsabiqəsinə qeydiyyat martın 4-dən başlayacaq

 
2024-cü ilin vahid milli, ümumi magistratura imtahanlarına və tələbə qrant müsabiqəsinə qeydiyyat martın 4-ü saat 10:00-da başlayacaq və aprelin 4-ü saat 18:00-da başa çatacaq.

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzində keçirilən brifinqdə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin yeni rəhbəri qeyd olunanlarla bağlı danışıb.

Nino Tsereteli bildirib ki, qeydiyyatdan keçmək istəyənlərin builki imtahanlarda iştirak edə bilmələri üçün bu proses üçün müəyyən edilmiş müddəti və prosedurları nəzərə almaları zəruridir. O qeyd edib ki, bu il müəllimlik imtahanında iştirak etməyi planlaşdıranların qeydiyyat tarixləri daha sonra açıqlanacaq.

“2024-cü ilin vahid milli, ümumi magistratura imtahanlarına və tələbə qrant müsabiqəsinə qeydiyyat martın 4-dən online.naec.ge saytında mümkün olacaq. Bunadək isə (qeydiyyat günü) imtahan vermək istəyən şəxslər həm qeydiyyat prosesi, həm də mümkün ödəniş vasitələri haqqında ətraflı məlumat almaq üçün Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin www.naec.ge saytına daxil olmalıdırlar.

Tbilisi, Rustavi, Telavi, Qori, Zuqdidi, Kutaisi, Poti, Ozurqeti, Batumi, Axaltsixe, Xulo və Ambrolauridə yenidən imtahan mərkəzləri açılacaq.

Bu il də qeydiyyat prosesi bir neçə mərhələdən ibarətdir. Əsas mərhələdə – aprelin 4-ü saat 18:00-dək iimtahan vermək istəyən şəxs şəxsi məlumatlarını doldurmalı, imtahan şəhərini, imtahan verəcəyi fənnləri seçməlidir. Bu müddət bitdikdən sonra imtahan vermək istəyən şəxs imtahanlara qeydiyyatdan keçə bilməyəcək. İmtahan vermək istəyən şəxslər aprelin 15-i saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahanın dilini dəyişə bilərlər. Onlar apellyasiya nəticələrinin dərc edilməsindən növbəti gün də daxil olmaqla təhsil proqramlarının siyahısında dəyişiklik etmək imkanı əldə edəcəklər.

Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi 2024-cü ilin imtahan vermək istəyən şəxslərinə onlar üçün təcili hazırlanmış və abituriyentlər üçün lazım olan bütün vacib məlumatları özündə əks etdirən elektron toplular təklif edir.

Abituriyentlər imtahanlarla bağlı məlumatları: xəbərlər, qeydiyyat təlimatları, təhsil proqramlarının seçilməsi ilə bağlı məlumatlar, imtahan prosesi, nəticələrin dərci, apellyasiya proseduru, qeydiyyat və dövlət təhsil qrantının əldə edilməsi qaydası ilə tanış olacaqlar. Məlumat kitabçasında, həmçinin ali təhsil müəssisələrinin məlumatlarını, hər bir imtahana təyin olunan əmsalları, səlahiyyət həddini, təhsil haqqını və digər mühüm detalları əks etdirən cədvəl var”- Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzindən bildirilib.