Vahid milli imtahanların imtahan prosesinə təqsirləndirilən/məhkum olunmuş abituriyentlər cəlb olundu
Vahid milli imtahanların imtahan prosesinə təqsirləndirilən/məhkum olunmuş abituriyentlər cəlb olundu

Vahid milli imtahanların imtahan prosesinə təqsirləndirilən/məhkum olunmuş abituriyentlər cəlb olundu.

Məlumatı Xüsusi Penitensiar Xidmət yayır.

Onların məlumatına əsasən, bu il dördü azyaşlı olmaqla 34 məhkum Vahid milli və ümumi magistr imtahanları verir.

“Məhkumların akademik təhsilə əlçatımlılığı Xüsusi Penitensiar Xidmətin prioritetidir. Bu məqsədlə 2022-ci ildən penitensiar sistemdə məhkumlara Gürcüstanın səlahiyyətli universitetlərində həm bakalavr, həm də magistr dərəcələrində, onlayn formatda distant şəkildə ali təhsil almaq imkanı verən “Rəqəmsal Universitet” innovativ layihəsi fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, “Rəqəmsal Universitet” həbsxana və cəzaçəkmə müəssisəsi sistemlərinin avropa təşkilatı(Europris) tərəfindən avropa miqyasında ən yaxşı üç yenilik arasında adlandı. Europris-in illik mükafatına avropa ölkələrindən 37 layihə təqdim olunmuşdu”, – Penitensiar Xidmət tərəfindən yayılan məlumatda qeyd olunub.