Milli Qiymətləndirmə və İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinə bu il iyulun 3-də vahid milli imtahanlarla start veriləcək.
Abituriyentlər gürcü dili və ədəbiyyatından ilk imtahan verəcəklər. İyulun 26-da fizika imtahanı ilə vahid milli imtahanlar başa çatacaq.
İyulun 5-dən etibarən fənn və ali ixtisas müəllimlərinin imtahanına qeydiyyatdan keçənlər imtahan prosesinə cəlb olunacaqlar. İyulun 5-də tələbə qrant müsabiqəsi keçiriləcək. Magistraturaya namizədlər iyulun 17 və 18-də ümumi magistratura imtahanında iştirak edəcəklər.
“İmtahanın keçirilmə tarixi, imtahana gəlmə vaxtı və imtahan mərkəzinin ünvanı barədə ətraflı məlumat imtahan vərəqəsində göstəriləcək. İmtahanlar iyunun 20-dən sonra kartları öz qeydiyyat səhifəsindən çap edə biləcəklər.
“2024-cü ildə imtahan mərkəzləri aşağıdakı şəhərlərdə açılacaq: Batumi, Poti, Zuqdidi, Ozurqeti, Kutaisi, Axalsixe, Qori, Tbilisi, Rustavi, Telavi, Xulo, Ambrolauri”, – Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatında deyilir. .