Bu gün “Vahid Milli Hərəkat”ın Xobi təşkilatını 30-a yaxın insan tərk edib.
Bu barədə açıqlamanı “Vahid Milli Hərəkat”ın Xobi ofisində Xobi Munisipalitetinin sakrebulosunun “Vahid Milli Hərəkat” fraksiyasının sədri İa Cişkariani verib.
İa Cişkarianinin qeyd etdiyi kimi, partiyada baş verən qeyri-şəffaf hadisələr xalqla partiya rəhbərliyi arasında ayrılığa səbəb olub.
Onun sözlərinə görə, partiyada süni şəkildə rüşvətlə, intriqalarla böhran yaradılıb və partiyanın maraqları qeyri-rəsmi təsirlərə qurban verilib.
Xobi Munisipalitetinin sakrebulosunun “Milli Hərəkat” fraksiyasının 11 üzvündən 10-u və Xobinin yerli təşkilatının daha 18 üzvü bu gün partiyanı tərk edib. Fraksiyanın sabiq üzvləri sakrebulo mandatlarını tərk etmək fikrində deyillər.