Vahanq Xaçaturyan - Gürcüstanın Oni Munisipalitetində baş vermiş faciəvi fəlakətlə bağlı bu dərin kədər anında xalqa və rəhbərliyə başsağlığı verirəm
Vahanq Xaçaturyan - Gürcüstanın Oni Munisipalitetində baş vermiş faciəvi fəlakətlə bağlı bu dərin kədər anında xalqa və rəhbərliyə başsağlığı verirəm

Ermənistan Prezidenti Vahanq Xaçaturyan Şovi kurortunda baş vermiş fəlakətlə bağlı Gürcüstana başsağlığı verib.

“Gürcüstanın  Oni Munisipalitetində baş vermiş, günahsız insanların həyatını itirdiyi və külli miqdarda ziyan vuran faciəvi fəlakətlə bağlı dərin və səmimi başsağlığımı çatdırıram. Bu dərin kədər anında qardaş Gürcüstan xalqına və rəhbərliyinə qəti həmrəyliyimi bildirirəm. Hələ də fəlakət zonasında olan itkin düşmüş insanların sağ-salamat evlərinə qayıda biləcəklərinə tam ümid bəsləyirəm”, – deyə Ermənistan Prezidenti bildirib.