Uzra Zeia - hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti Gürcüstanın Avro-Atlantik yolunu dəstəkləməkdə mühüm rol oynayır
Uzra Zeia - hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti Gürcüstanın Avro-Atlantik yolunu dəstəkləməkdə mühüm rol oynayır

ABŞ-ın dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeia Gürcüstanın vətəndaş cəmiyyətinin üzvləri ilə görüşüb. Bu barədə ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi sosial şəbəkədə yazır.

“Gürcüstanın demokratik və Avro-Atlantik yolunu dəstəkləməkdə mühüm rol oynayan Gürcüstanın hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti ilə görüşə görə minnətdaram. ABŞ hər kəsi insan haqlarına və fundamental azadlıqlara hörmət etməyə çağırır”, – deyə Uzra Zeia yazır.