Uzra Zeia – ABŞ-ın Gürcüstanda azad və ədalətli seçkilərə güclü dəstəyini bir daha ifadə etmək üçün MSK sədri ilə mühüm müzakirəm oldu

21:23, 12.07.2024

ABŞ dövlət katibinin müavini Uzra Zeia sosial şəbəkədə MSK sədri Qiorqi Kalandarişvili ilə görüşü barədə yazır.

Uzra Zeianın qeyd etdiyi kimi, ABŞ-ın dəstəyi ikitərəfli münasibətlər üçün uzunmüddətli və əsaslıdır.

“ABŞ-ın Gürcüstanda azad və ədalətli seçkilər üçün, o cümlədən seçkilərin yerli və beynəlxalq müşahidəsinə qəti dəstəyini bir daha ifadə etmək üçün MSK sədri Qiorqi Kalandarişvili ilə mühüm müzakirəm oldu. ABŞ-ın Gürcüstanda demokratiyaya dəstəyi uzunmüddətli və ikitərəfli münasibətlərimiz üçün əsaslıdır”, – ABŞ dövlət katibinin müavini yazır.

Oxşar