ÜST - son bir həftə ərzində dünyada koronavirusun yeni hallarının sayı 5.2 milyonla artdı
ÜST - son bir həftə ərzində dünyada koronavirusun yeni hallarının sayı 5.2 milyonla artdı

Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərilə, son bir həftə ərzində dünyada koronavirusun yeni hallarının sayı 5.2 milyonla artdı.

Təşkilatda bəyan etdiklərinə görə, artıq səkkizinci həftədir ki, koronavirusa yoluxanların sayı qalobal şəkildə artır. Cari həftə bütün dünyada virus nəticəsində 83 min insan vəfat etdi.

Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan həftəlik göstəricilərdə qeyd olunduğu kimi, virusun yeni hallarının son yeddi gündə artmadığı yeganə bölgə avropadır.

Koronavirusun ən çox yeni halı cənub-şərqi Asiyada qeydə alındı. Son bir həftədə ən çox hal Hindistanda aşkar olundu ki, burada göstərici 64 faiz ilə artıb. İkinci yerdə 477 min yeni hal ilə ABŞ-dır. Üçüncüdə 459 min hal ilə Braziliyadır.