Uşbada itkin düşmüş xarici turistləri axtarırlar
Uşbada itkin düşmüş xarici turistləri axtarırlar

Svanetidə, Uşba zirvəsində itkin düşmüş xarici turistləri, ata-balanı axtarırlar. Məlumatı DİN Fövqəladə Hallar İdarəsi Xidmətində təsdiq edirlər.

İdarədə Gürcüstanın Birinci Kanalına bəyan etdilər ki, ata-balanın axtarış-xilasetmə işləri artıq bir neçə gündür aparılır. Axtarış işinə vertalyot qoşulub.

Əlverişsiz havalara görə, zirvədə axtarış tədbirləri çətinləşib.