Uşaq Avroviziyası mahnı müsabiqəsində səs vermə qaydaları dəyişdirildi.
Müsabiqə tarixində ilk dəfə, izləyiciyə onlain səs vermək imkanı verilir.
Uşaq Avroviziyasının rəsmi səhifəsində səs vermə noyabrın 24-dən başlayacaq. İzləyici 16 ölkənin iştirakçıları arasında, maksimum beş favoriti seçib, onlara dəstək ola bilər.
Qalib gələn müsabiqəçi, jürinin dəyərləndirilməsi və onlain səs vermə nəticəsində seçiləcək.