Uşaq Avroviziyası 2024 Mahnı Müsabiqəsi  Madriddə keçiriləcək
Uşaq Avroviziyası 2024 Mahnı Müsabiqəsi  Madriddə keçiriləcək

22-ci Uşaq Avroviziyası 2024 Mahnı Müsabiqəsi Noyabrın 16-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

Uşaq Avroviziyası “caja mágica” zalında keçiriləcək.

İspaniyanın ictimai yayımçısı “Radiotelevisión Española” (RTVE) tarixdə ilk dəfə bu müsabiqəyə ev sahibliyi edəcək. Ötən il Nitsa şəhərində İspaniya ikinci yeri tutdu, müsabiqənin qalibi fransalı yarışmacı oldu,hərçənd, “France Télévisions” müsabiqənin təşkilini bu il RTVE-yə təhvil verdi.

İspaniya 2004-cü ildə Uşaq Avroviziya Mahnı Müsabiqəsində qalib gəldi. Hərçənd, Uşaq Avroviziya Mahnı Müsabiqəsinin qaydaları qalib gələn yayımçıya Avroviziya Mahnı Müsabiqəsində olduğu kimi növbəti il ​​müsabiqəyə ev sahibliyi etməyə məcbur etmir.