“Uşaq Avroviziya 2024”də 17 ölkə iştirak edəcək
“Uşaq Avroviziya 2024”də 17 ölkə iştirak edəcək

 
Noyabrın 16-da Madriddə keçiriləcək “Uşaq Avroviziya 2024”də 17 ölkə iştirak edəcək. Kipr bu il müsabiqəyə qayıdacaq.

Gürcüstan, Albaniya, Ermənistan, Kipr, Estoniya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna uşaq festivalında iştirak edəcək.

Ev sahibi “RTVE” yayımçısına məxsus olan “Let’s Bloom” 22-ci “Uşaq Avroviziya” müsabiqəsinin şüarıdır.

Üzvi elementlər vasitəsilə çiçəkləmə konsepsiyası 5000-dən 7000-dək tamaşaçı tutumu olan “Caja Mágica”nın səhnəsinə daşınacaq.

2021-ci ildən sonra builki “Uşaq Avroviziya”sında ən çox ölkə iştirak edir.

Xatırladaq ki, “Uşaq Avroviziya 2024”də Gürcüstanı Andria Putkaradze təmsil edəcək.