Ursula fon der Laien - Xalqın böyük kütləsi Avropa İttifaqına üzv olmaq istəyinin çox güclü olduğu Moldova və Gürcüstanda Avropa bayraqlarını dalğalandırır
Xalqın böyük kütləsi Avropa İttifaqına üzv olmaq istəyinin çox güclü olduğu Moldova və Gürcüstanda Avropa bayraqlarını dalğalandırır. Qərbi Balkanlar və İttifaq bir-birinə daha da yaxınlaşır. Bu, vahid Avropa yaratmaq üçün istifadə etməli olduğumuz məqamdır, – bu haqda Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda deyib.
Ursula fon der Laien Ukraynadakı müharibədən danışıb və ədalətli olaraq və qətiyyətlə Ukraynanın yanında olduqlarını qeyd edib.
“Putin Rusiya üçün Ukraynanı fəth etmək istəyirdi. Onun fikrincə, Avropa İttifaqı bunu sadəcə qəbul edəcək. Əvəzində Ukrayna cəsarətlə müqavimət göstərdi və cavab verdi. Biz Avropada ədalətli və qətiyyətlə Ukraynanın yanındayıq. Biz tarixin bu dönüş nöqtəsindəyik və bu yolda qalmalıyıq. Ukrayna bu müharibədən daha güclü çıxacaq. Böyük izdiham Avropa İttifaqına üzv olmaq istəyinin çox güclü olduğu Moldova və Gürcüstanda Avropa bayraqlarını dalğalandırır. Qərbi Balkanlar və İttifaq yaxınlaşır. Bu, vahid Avropa yaratmaq üçün istifadə etməli olduğumuz məqamdır”, – deyə Ursula fon der Laien bildirib.