Ursula von der Leyen bildirib ki, Rusiyanın aqressiv müharibəsi daha bir sərhədi keçib.  “Rumıniyaya tam həmrəyliyimizi ifadə edirik. Rusiyaya təzyiqi artıracağıq və sanksiyaların 21-ci paketini hazırlayırıq,” – deyə o qeyd edib

Ursula von der Leyen bildirib ki, Rusiyanın aqressiv müharibəsi daha bir sərhədi keçib və Rumıniya ilə onun xalqı ilə tam həmrəyliyini ifadə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya təzyiqi gücləndirəcək və sanksiyaların 21-ci paketini hazırlayır.

“Rusiyanın aqressiv müharibəsi daha bir sərhədi keçdi. Rus dronunun Rumıniyanın sıx məskunlaşmış ərazisinə daxil olması nəticəsində Avropa İttifaqı ərazisində mülki şəxslər yaralanıb. Biz Rumıniya və onun xalqı ilə tam həmrəyliyimizi ifadə edirik. Təhlükəsizlik və çəkindirmə mexanizmlərinin, xüsusilə də şərq sərhədində daha da gücləndirilməsi ilə yanaşı, Rusiyaya təzyiqi daha da artıracağıq. Biz sanksiyaların 21-ci paketini hazırlayırıq”, – deyə o bildirib.

Xatırladaq ki, Rumıniyanın sərhəd şəhəri Galațidə Rusiyaya məxsus dron 10 mərtəbəli binaya çırpılıb. Nəticədə binanın mənzillərindən birində yanğın baş verib və iki nəfər xəsarət alıb. Məlumatlara görə, bu, Rus dronunun Rumıniyanın sıx məskunlaşmış ərazisində ziyan vurduğu ilk hadisədir.