Ursula Fon Der Leynen - Vəziyyətin deeskalyasiyası mütləqdir
Ursula Fon Der Leynen - Vəziyyətin deeskalyasiyası mütləqdir

Avropa İttifaqı İranı amerikan bazalarına yetirdiyi raket zərbələrinə görə tənqid edir və hər iki tərəfə müraciət edir ki, silahdan istifadəyi dayandırıb, dialoqa meydan açsınlar.

“Tərəflərə müraciət edirik ki, dialoqun bərpası üçün əlindən gələni etsinlər. Bu vəziyyətin deeskalyasiyası mütləqdir” – dedi Avrokomisiyanın prezidenti Ursula Fon Der Leynen.

Bu haqda bəyanatı Avropa İttifaqının Xarici İşlər Nazirliyinin rəhbəri Jozef Borel də verdi.

“İraqda amerikan və koalisiya qüvvələrinin bazasına yetirilən raket zərbəsi, vəziyyətin həddindən artıq eskalyasiyasının bariz nümunəsidir” – dedi Borel.

Xatırladaq ki, İran Amerikanın İraqdaki hərbi bazalarına raket zərbələri yetirdi.